Cümlədə konversiyanin sintaktik funksiyasi
Keywords:
nitq hissələri, cümlə üzvləri, konversiya, qrammatika, sintaktik əlaqə.Abstract
Məqalə qrammatikanın aktual bir mövzusuna həsr olunmuşdur. Nəinki Azərbaycan və rus dilində, ümumiyyətlə dilçilikdə qrammatik səviyyədəki asimmetriklik daha mürəkkəb xarakterə malikdir. O, həm sistemdə bütövlükdə, həm də qrammatik vahidlərin strukturunda və onların funksionallığında təzahür edir.
Məqalədə qrammatik asimmetrikliyin mövcudluq formalarından biri olan nitq hissəsinə mənsub sözlərin digər nitq hissəsinə keçməsindən danışılır. Keçid prosesində sözün qabığında və cildində heç bir dəyişiklik edilmir, formalar üst-üstə düşür. Əsas etibarı ilə bu formalar arasında olan münasibətlərin funksional xarakteri açılır, eləcə də fərqli paradiqmalar dəqiqləşdirilir. Substantivləşmədə sintaktik funksiya ikinci planda təzahür edir. İsimləşən hər hansı bir morfoloji kateqoriya mübtəda, tamamlıq rolunda çıxış edir və bu bir qanunauyğunluq kimi özünü göstərir.