Kino dilində Azərbaycan toponimləri
Keywords:
toponimlər, onomastik mənzərə zoonimlər, hidronimlər, limnonimlər, patamonimlər, helonimlər, okeanonimlər, pelaqonimlər.Abstract
Məqalə kino dilində Azərbaycan toponimlərinə həsr olunub. Araşdırmalara görə toponimlərin dil faktı kimi özünəməxsus diqqəti cəlb edən cəhətləri mövcuddur. Bunların yaranması, inkişaf və xüsusiyyətlərinin açılması aydınlaşdırılması dilçiliyin vacib məsələlərindəndir.
Məqalədəki təhlillərdən məlum olur ki, Azərbaycan ərazisindəki toponimlərin əsas fonunu doğma dilimizə aid onomastik vahidlər təşkil edir. Elə bir ərazi yoxdur ki, orada Azərbaycan dilinə aid toponim olmasın.
Qeyd edilir ki, Azərbaycan toponimləri dilimizin leksikasında mövcud olan müxtəlif söz qrupları əsasında yaranmışdır. Həmin toponimlərin genetik və etnolinqvistik təhlili göstərir ki, müxtəlif dövrlərdə coğrafi obyektlərin adlandırılmasında müəyyən meyllər olmuşdur.
Toponimlərin qrupları haqqında məqalədə məlumat verilir: antrotoponimlər, etnotoponimlər, hidrotoponimlər, zootoponimlər, fitotoponimlər, ictimai-siyasi xarakterli toponimlər, memuar-xatirə toponimlər, kosmotoponimlər, təsviri toponimlər. Məqalədə toponimlərin növləri barədə də məlumat verilir. Bunlar oykonimlər, urbanonimlər, xoronimlər, oponimlər və dromonimlərdən ibarətdir.
Məqalədə areal toponimlər barədə də məlumat verilir. Araşdırmadan məlum olur ki, kino dilində elə toponimlər vardır ki, onlar ancaq bir obyektin adını bildirir. Məqalədə uyğun ədəbiyyat, bədii və sənədli filmlərdən istifadə edilmişdir.