Azərbaycan dilində hərbi termin yaradıcılığı

Authors

  • Sayalı Sadıqova

Keywords:

hərbi, terminologiya, hərbi leksika, sintaktik üsul, leksik üsul.

Abstract

Məqalədə Azərbaycan dilində termin yaradıcılığı prosesi tədqiq olunmuşdur. Müəyyənləşdirilir ki, cəmiyyətin tarixi inkişafı ilə bağlı dövlətlər arasında hərbi sahədə müasir müdafiə vasitələrindən istifadəsi termin yaradıcılığının sahələrini genişləndirmişdir. Yeni silah və sursatların yaranması ümumən hərb sahəsinin daim müasirləşməsi, yeniləşməsi ilə cəmiyyət tarixinin bütün dövrlərində öz xarakteri ilə seçilmiş və yeni yaranan anlayışlar terminlərlə ifadə edilmişdir. Azərbaycan dilində hərbi terminlərin yaranmasında semantik, morfoloji, sintaktik və kalka üsulundan geniş istifadə edilmişdir. Bununla yanaşı hərbi sahənin bütün dünyada inkişafı nəzərə alınaraq Azərbaycan dilində alınma və beynəlxalq terminlər də dilin lüğət tərkibini zənginləşdirir.

Downloads

Published

2023-10-04