Eyni kökdən ayrılan mənalar (Azərbaycan və Türkiyə türkcələri əsasında)

Авторы

  • Rəxşanə Babazadə

Ключевые слова:

türk dili, kök, çoxmənalılıq, məna ayrılmaları.

Аннотация

Məlum olduğu kimi, Azərbaycan, Türkiyə və Türkmənistan türkcələri eyni kökdən olub türk dillərinin Oğuz qrupuna mənsubdur. Təbii olaraq, bunlarda dilin söz tərkibinin çoxu eynidir. Lakin bəzi sözlər vardır ki onlar kök etibarilə eyni olsalar da zamanla anlam baxımından başqalaşma olmuşdur. Belə başqalaşma halları daha çox feillərdə müşahidə edilir. Məsələn, Azərbaycan və Türkiyə türkcələrində “fikirləşmək” mənasında işlənən “düşünmək” feili türkməncədə “anlamaq” deməkdir. Eləcə də, “kanmak” və “kandırmak” sözləri çağdaş Azərbaycan türkcəsində “qanmaq” və “qandırmaq” şəkillərində “anlamaq, idrak etmək” və “anlatmaq, başa salmaq” mənalarında işləndiyi halda, Türkiyə türkcəsində “aldanmak” və “aldatmak, oyuna gətirmək” anlamlarında işlənməkdədir.
Türkcənin ümumi xarakterik xüsusiyyətlərindən biri çoxmənalılıqdır. Bəzən də elə olur ki, bir sözün ilkin mənası hər iki ləhcədə qalsa da birində başqa bir anlamı, əsasən məcazi mənası daha işlək, daha basqın olduğundan ayrılma olur. Bu tip ayrılmaları düzəltmə sözlərdə və hətta sabit söz birləşmələrində də görmək mümkündür.
Qeyd edilməlidir ki, belə məna ayrılmaları Türk dilinin bütün qollarında müşahidə edilir, lakin nümunələr çox olduğu üçün bu məqalədə məsələyə daha çox Azərbaycan və Türkiyə türkcələri timsalında nəzər salacağıq.

Загрузки

Опубликован

2023-10-04

Выпуск

Раздел

Статьи